Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb
21.08.2026 - 16:57
Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan milli üzvü birdənqaldırma hərəkətində 91 kq çəkini ram edərək bürünc mükafat əldə edib.

Rüstəmli təkanlaqaldırmada daha yaxşı çıxış edib. Bu dəfə 110 kq ağırlığı başı üzərinə qaldıran təmsilçimiz gümüş medala sahib olub.

Beləliklə, iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd Rüstəmli toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, medalçıların mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.