
Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız iki hərəkətin cəmində gümüş medal qazanıb.
Atletimiz birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürüncə sahib olub. İsa təkanla qaldırma hərəkətində isə 170 kq ağırlığın öhdəsindən gələrək, fəxri kürsünün ilk pilləsində yer alıb.
Toplamda 308 kq nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.
- Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- Azərbaycan və Bolqarıstan arasında ağırlıqqaldırma sahəsində görüş keçirilib
- Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib
- Azərbaycan çempionatına yekun vurulub
- Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında mükafatçılar bəlli olub