Təmsilçimiz Özbəkistanda gümüş medal qazanıb
09.04.2025 - 16:34
Yeniyetmə atletimiz İsa Əliyev Özbəkistanın Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” açıq turnirində iştirak edib.
Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan İsa Əliyev birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək bu hərəkətdə yarışın gümüş medalını qazanıb.
Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb
0
0