Andrea Belotti komandasını dəyişdi
01.02.2024 - 13:17
Andrea Belotti komandasını dəyişdi

"Fiorentina"  hücum xəttini gücləndirib.

Apasport.az xəbər verir ki, Florensiya klubu "Roma"dan Andrea Belottini icarəyə götürüb.

Bu barədə komandanın mətbuat xidməti açıqlama yayıb. Razılaşmaya əsasən, 30 yaşlı italiyalı forvard mövsümün sonuna kimi “Fiorentina”nın şərəfini qoruyacaq.

Qeyd edək ki, bu mövsüm 22 matçda forma geyinən Belotti 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0