“Apasport”da ÜÇ YENİ EKSPERT
01.05.2023 - 10:00
“Apasport”da ÜÇ YENİ EKSPERT

2022-ci il dekabrın 1-dən proqnozsevərlərə kupon təklifinə start verən “Apasport”un mütəxəssis komandasının heyətində dəyişiklik olub. Ekspert qrupumuza yeni simalar cəlb edilib.

Bu gündən etibarən uzun illərdir “bettinq” aləmində olan üç ekspert öz kuponlarını təqdim edəcək. Ramil Quliyev, Sənan Ələkbərli və Zaur Məmmədov müştərilərimizə təkliflər ilə tanış ola biləcək.

Quliyev istisnasız futbola mərclərlə bağlı təkliflər irəli sürəcək. Ələkbərli basketbol və hokkey üstünlük təşkil etməklə bütün idman növlərinə mərc gələcək. Digər növlərə də kuponlar təqdim edəcək Məmmədov isə daha çox futbola bağlılığı ilə seçilir.

Yeni ekspertlərlə yanaşı, mütəxəssis komandamızın kuponları da əvvəlki qaydada təqdim olunacaq. Müştərilər üçün daha bir sevindirici yenilik isə ekspertlər və mütəxəssis komandamızın mərcləri ilə bağlı statistikalardır. Onların həftə, ay və rüb üçün təklif və uduş sayı, dəqiq təxminlərin faizi və orta əmsalı açıqlanacaq. Bu da ona hesablanıb ki, daha çox güvənəcəyinizi siz seçəsiz. 

Bütün proqnozsevərlərə uğurlar! Təxmininiz daim dəqiq olsun!

0