Asensio “Real”dan gedəcək
26.05.2023 - 22:47
Asensio “Real”dan gedəcək

Marko Asensio “Real”dakı gələcəyi ilə bağlı yekun qərarını verib.

Apasport.az saytı xəbər ki, futbolçu klubun yeni müqavilə təklifini rədd edib.

İyunun 30-da müqavilə müddəti bitəcək Asensio karyerasını İspaniyadan kənardan davam etdirəcək. Onu artıq yeni klubu ilə razılıq əldə etdiyi də bildirilir.

Qeyd edək ki, 2015-ci ildən “Real”da oynayan Asensio komandada 16 titul qazanıb.
 

0