Benzema Messi və Ronaldo ilə “beşlik”də
19.04.2023 - 13:00
Benzema Messi və Ronaldo ilə “beşlik”də

Kərim Benzema Çempionlar Liqasında ilk “beşliy”ə düşüb.

Apasport.az saytı xəbər verir ki, “Real”ın hücumçusu turnirin 1/4 finalının “Çelsi” ilə cavab oyununda meydana start heyətində çıxmaqla bunu bacarıb. 

Bununla da 35 yaşlı fransalı forvard Çempionlar Liqasında 150 matçda iştirak edən 5-ci futbolçu olub. Onadək Kriştiano Ronaldo (183 matç), İker Kasilyas (177), Lionel Messi (163) və Xavi (151) bu sayı keçib. 

Qeyd edək ki, “Çelsi”yə hər 2 matçda 2:0 hesabı ilə qalib gələn “Real” yarımfinala yüksəlib.

0