Dünya çempionatında altıncı günün püşkü atıldı
02.06.2023 - 16:54
Dünya çempionatında altıncı günün püşkü atıldı

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı gününün püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq. 

62 kq-da dayanqa çıxacaq Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək. 

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Təmsilçimiz 1/16 finalda Vasilliy Peruniçiç (Monteneqro) - Çarlill Mersyer (Kanada) cütünün güclüsü ilə münasibətinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. 

0