Premyer Liqa klubunda İSTEFA TƏHLÜKƏSİ
01.05.2023 - 16:33
Premyer Liqa klubunda İSTEFA TƏHLÜKƏSİ

“Lids”in baş məşqçisi Xavi Qrasiya işini itirmək təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun rəhbərliyi 53 yaşlı çalışdırıcının istefaya göndərilməsi variantını nəzərdən keçirir.

Premyer Liqanın XXXIV turunda “Bornmut” 1:4 hesablı məğlubiyyətdən sonra Qrasiyanın yetirmələri 30 xalla 16-cl pillədə qərarlaşıb. “Lids”i Çempionşipə yuvarlanma zonasından 1 xal ayırır.

Qeyd edək ki, ispaniyalı mütəxəssis fevralda baş məşqçisi təyin olunduğu komandanı 12 oyuna çıxarıb. Onun yetirmələri 3 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə uduzub.

0