Albaniyalı futbolçu Avropa çempionatından uzaqlaşdırıla bilər
20.06.2024 - 16:57
Albaniyalı futbolçu Avropa çempionatından uzaqlaşdırıla bilər

Albaniya millisinin hücumçusu Mirlind Daku AVRO-2024-dən uzaqlaşdırıla bilər.

Apasport.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb futbolçunun Avropa çempionatının qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçından sonra təhqiramiz şüarlar səsləndirməsidir.

Oyun bitdikdən sonra Daku ucadan qışqıraraq serblər və makedoniyalılar haqqında ədəbsiz sözlər söylədiyi iddia olunur. Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək, hücumçunun cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, B qrupunda keçirilən Xorvatiya - Albaniya matçı 2:2 hesabı ilə yekunlaşıb.

0