Alman futbolçular həyat yoldaşları ilə görüşə bilmir - Səbəb
04.07.2024 - 11:25
Alman futbolçular həyat yoldaşları ilə görüşə bilmir - Səbəb

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann oyunçularına qadağa qoyub. 

Apasport.az xəbər verir ki, mentor futbolçulara 2024-cü il Avropa çempionatının sonuna qədər həyat yoldaşları və dostları ilə görüşməyi qadağan edib.

Əvvəlcə futbolçuların həyat yoldaşları və dostlarının Almaniya millisinin düşərgəsinə getməyə icazələri olub.

Lakin almanlar İspaniya yığması ilə qarşılaşacaqları turnirin 1/4 finalına yüksəldikdən sonra vəziyyət dəyişib.

Belə ki, Naqelsmann oyunçularının bu vacib matça maksimum fokuslanmasını istəyir. 

Gənc çalışdırıcı bu qadağa ilə birlikdə futbolçuların İspaniya ilə matçda daha hazır olacağını düşünür.

Xatırladaq ki, İspaniya - Almaniya matçı iyulun 5-i Bakı vaxtilə saat 20:00-da başlayacaq.

0