Almaniya millisi rekordunu yenilədi
20.06.2024 - 13:46
Almaniya millisi rekordunu yenilədi

Almaniya millisi futbol üzrə Avropa çempionatlarının qrup mərhələlərindəki məhsuldarlıq rekordunu yeniləyib.

Apasport.az xəbər verir ki,  Yulian Nagelsmanın yetirmələri A qrupunda oynadığı iki matçda rəqib qapılarından ümumilikdə 7 top keçirərək buna nail olublar. 

Bundan əvvəl Bundestim AVRO-2020-də 6 qol atmışdı. 

Qeyd edək ki, Almaniya millisi Şotlandiyanı 5:1, Macarıstanı isə 2:0 hesabı ilə məğlub edib.

0