Arda Gülər: “Bu qolun xəyalını çox qurmuşdum“
19.06.2024 - 02:11
Arda Gülər: “Bu qolun xəyalını çox qurmuşdum“

"Qələbə qazandığımız üçün və qol atdığıma görə çox xoşbəxtəm. Komandamızı təbrik edirəm. Çox çətin bir oyun keçirdik. Buradakı atmosferi ifadə etmək mümkün deyil. Azarkeşlərimizlə təşəkkür edirəm. Onlarla birlikdə daha güclüyük. Məşqçimizə qələbə hədiyyə edə bilmək əladır". 

Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Arda Güler Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Gürcüstana qalib gəldikləri matçdan (3:1) sonra deyib. 

Görüşün ən yaxşı oyunçusu seçilən 19 yaşlı yarımmüdafiəçi vurduğu baxımlı qoldan da danışıb: 

"Bütün türkiyəli gənc futbolçuların xəyalı Avropa çempionatında oynamaq və qol vurmaqdır. Mən də bunu bacardığım üçün çox xoşbəxtəm. Bu qolun xəyalını çox qurmuşdum. Belə qollar vurmaq üçün məşqlərdən sonra da çox çalışıram. Əməyimin qarşılığını aldım. Ümid edirəm ki, belə qollar vurmağa davam edəcəyəm və bütün xalqımızı sevindirəcəyəm".. 

0