Fransa Avstriyaya qalib gəldi - YENİLƏNİB
18.06.2024 - 00:56
Fransa Avstriyaya qalib gəldi - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu günün son matçı D qrupunda baş tutacaq. 

Apasport.az xəbər verir ki, "Düsseldorf Arena"da keçiriləcək qarşılaşmada Fransa Avstriyanı sınağa çəkəcək.

Qeyd edək ki, Avstriya və Fransa milliləri Avropa və dünya çempionatı tarixində 3-cü dəfə qarşılaşacaqlar. 1934-cü ildə rəqibinə 2:3 hesabı ilə uduzan fransızlar 1982-ci ildə qələbəyə seviniblər - 1:0.

AVRO-2024
D qrupu
23:00. Avstriya - Fransa 0:1

Qol: Vöber, 38 (ö.q.)
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf ("Düsseldorf Arena")

0