Avro-2024: Şotlandiya millisinin yekun heyəti bəlli olub
08.06.2024 - 13:35
Avro-2024: Şotlandiya millisinin yekun heyəti bəlli olub

Futbol üzrə Şotlandiya millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Apasport.az Şotlandiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Stiv Klark 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib:

Qapıçılar: Zander Klark ( “Harts”), Anqus Qann (“Norviç”, İngiltərə), Liam Kelli (“Mozervell”)

Müdafiəçilər: Endi Robertson (“Liverpul”, İngiltərə), Kiran Tirni (“Real Sosyedad”, İspaniya), Cek Hendri (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Rayan Porteus (“Uotford”, İngiltərə), Liam Kuper (“Lids”, İngiltərə), Skott Makkenna (“Kopenhagen”, Danimarka), Qrant Henli (“Norviç”), Qreq Teylor, Entoni Ralston (hər ikisi “Seltik”), Ross Makkrori (“Bristol Siti”, İngiltərə)

Yarımmüdafiəçilər: Kallum Makqreqor (“Seltik”), Rayan Kristi (“Bornmut”, İngiltərə), Billi Gilmor (“Brayton”, İngiltərə), Con Makginn (“Aston Villa”, İngiltərə), Kenni Maklin (“Norviç”), Skott Maktominey (“Mançester Yunayted”, İngiltərə), Stüart Armstronq (“Sauthempton”, İngiltərə), Rayan Cek (“Reyncers”);

Hücumçular: Çe Adams (“Sauthempton”), Lourens Şenklend, (“Harts”), Ben Doak (“Liverpul”), Ceyms Forrest (“Seltik”), Luis Morqan (“Nyu York Red Bulls”, ABŞ).

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Şotlandiya yığması A qrupunda Macarıstan, İsveçrə və Almaniya ilə mübarizə aparacaq.

0