AVRO-2024-ün favoritləri
04.06.2024 - 17:56
AVRO-2024-ün favoritləri

İyunun 14-də start götürəcək AVRO-2024-ün çempion titulunu qazanmağa əsas namizədlər bəlli olub.

Apasport.az xəbər verir ki, "Opta" əsas favoritlərin qalib olmaq şanslarını açıqlayıb.

Almaniyada çempionluğa əsas namizəd İngiltərə millisidir. Qaret Sautqeytin yetirmələrinin qızıl medal şansı 19,9 faizdir.

Fransa bu siyahıda ikincidir. Didye Deşamın yetirmələrinin qalibiyyət ehtimalı 19,1 faizə bərabərdir. İlk "üçlüy"ü Almaniya qapayır. Meydan sahiblərinin şansı əsas favoritlərdən xeyli aşağıdır – 12,4 faiz.

Qeyd edək ki, AVRO-2024-ün qalibi iyulun 14-də keçiriləcək finalda bəlli olacaq.

0