Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib
27.06.2024 - 09:14
Barış Alper Yılmaz Çexiya - Türkiyə matçının ən yaxşı oyunçusu seçilib

Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə (1:2) matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Türkiyə qrup ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.

 

0