Burnu sınan Mbappeyə gülməli təklif - FOTO
19.06.2024 - 18:00
Burnu sınan Mbappeyə gülməli təklif - FOTO

AVRO-2024-ün qrup mərhələsinin birinci turunda Fransa millisi ciddi itkiyə məruz qalıb. 

Apasport.az xəbər verir ki, "xoruzlar"ın hücumçusu Killian Mbappe matç zamanı rəqib futbolçu ilə toqquşaraq burnunu sındırıb. Oyundan sonra sosial şəbəkələrdə paylaşım edərək, azarkeşlərdən maska üçün ideya istəyib. Onun yığmaya çağırılmayan həmkarı Nil Moupey maraqlı təklif verib.

Qeyd edək ki, Mbappe aldığı xəsarət səbəbi ilə 2 oyun komandasına kömək edə bilməyəcək. 

 

0