Ferdi Kadıoğlu AVRO-2024-də iz buraxdı
28.06.2024 - 11:18
Ferdi Kadıoğlu AVRO-2024-də iz buraxdı

Super Liqa təmsilçilərindən “Fənərbaxça”da oynadığı oyunu ilə Avropa komandalarını özünə cəlb edən Ferdi Kadıoğlu AVRO-2024-də də iz buraxıb.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin qrup mərhələsində keçirdiyi bütün matçlara ilk 11-də başlayan gənc ulduz statistik göstəriciləri ilə fərqlənib.

Ferdi Kadıoğlu ən çox qol şansı yaradan adlar arasında ilk 3-ə daxil olub. O, bu göstəricidə yalnız Kristian Eriksen və Kevin de Bruynedən geri qalıb. 

Milli futbolçu sol cinah müdafiəçisi olsa da, komanda yoldaşları üçün 10 qol şansı yaradıb. 

13 qol şansı yaradan Kristian Eriksen siyahıda liderdir. Kevin de Bruyne isə 11 şansla ikinci yerdədir.

Adı "Borussiya Dortmund"la hallanan Ferdi Kadıoğlu ötən mövsüm "Fənərbaxça"nın heyətində 54 oyun keçirib. 24 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib. 

 

0