İspaniya finalda! - YENİLƏNİB
10.07.2024 - 00:53
İspaniya finalda! - YENİLƏNİB

Almaniyada keçirilən AVRO-2024-ün yarımfinal mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, ilk finalçının kimliyi Münhendə bəlli olub.

İspaniya millisi Fransa ilə üz-üzə gəlib. Almaniyada keçirdiyi bütün matçlarda qalib gələn pireneylilər qələbə seriyasını 6-ya çatdırıb. 2:1 hesabı ilə qalib gələn "Qırmızı furiya" ilk finalçı olub.

Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda İngiltərə və Niderland qarşılaşacaq.

AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya – Fransa - 2:1
Qollar: 
Lamin Yamal, 21. Dani Olmo, 25 - Randal Kolo Muani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen Arena

0