Futbol üzrə İspaniya millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Apasport.az İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Luis de la Fuente 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib:
Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”).
Müdafiəçilər: Dani Karvaxal ("Real Madrid", İspaniya ), Xesus Navas ("Sevilya", İspaniya ), Emerik Lyaport ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Robin Le Normand ("Real Sosyedad"), Dani Vivian ("Atletik"), Alexandro Qrimaldo ("Bayer", Almaniya), Naço Fernandes ("Real Madrid" ), Mark Kukurella ("Çelsi", İngiltərə).
Yarımmüdafiəçilər: Martin Subimendi, Mikel Merino (hər ikisi "Real Sosyedad"), Fabian Ruis (PSJ, Fransa), Aleks Baena ("Vilyarreal"), Fermin Lopes, Pedri ( hər ikisi "Barselona” ), Rodri ( “Mançester Siti”, İngiltərə)
Hücumçular: Lamin Yamal, Ferran Torres (hər ikisi "Barselona"), Niko Uilyams ("Atletik"), Dani Olmo ("Leyptsiq", Almaniya), Mikel Oyarzabal ("Real Sosyedad"), Xoselu ("Real Madrid"), Alvaro Morata ("Atletiko Madrid"), Ayoze Peres ("Betis").
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İspaniya yığması B qrupunda Xorvatiya, İtaliya və Albaniya seçmələrinə qarşı mübarizə aparacaq.