Mert Müldürün qolu turun ən yaxşısı seçildi
22.06.2024 - 16:23
Mert Müldürün qolu turun ən yaxşısı seçildi

Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu Mert Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.

“Fənərbaxça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.

“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.

Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

0