AVRO-2024-ün D qrupunun 3-cü turunda Hollandiya Avstriya ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, Hollandiya və Avstriya tarixlərində 21-ci dəfə üz-üzə gələcəklər.
Daha öncəki 20 qarşılaşmada 10 dəfə Hollandiya, 6 dəfə isə Avstriya qalib gəlib, 4 görüş heç-heçə başa çatıb.
Bu görüşlərdə “narıncılar” 38, Avstriya isə 24 qola imza atıb.
34 ildir rəqibinə uduzmayan Hollandiya son 7 görüşdə qalib gəlib. Avstriya son qələbəsini 1990-cı ildə keçirdiyi yoldaşlıq görüşündə rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.