Türkiyə millisində itki
24.06.2024 - 15:42
Türkiyə millisində itki

Türkiyə millisinin AVRO-2024 heyətində itki baş verib. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Qurum qapıçı Doğan Alemdarın zədələndiyini bildirib. 

Ötən gün məşq zamanı zədələnən futbolçunun müayinəsi başa çatıb. 

Yoxlamalar nəticəsində Doğanın sol dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb və milli qolkiperin müalicəsinin növbəti mərhələsinə keçmək üçün düşərgəni tərk etməsinə qərar verilib.

Vinçenzo Montella onu "Başakşehir"in qapıçısı Muhammed Şengezer ilə əvəzləyib. 

 

 

0