Türkiyə millisinin AVRO-2024-dən qazandığı məbləğ 16 milyonu ötüb
04.07.2024 - 11:05
Türkiyə millisinin AVRO-2024-dən qazandığı məbləğ 16 milyonu ötüb

AVRO-2024-ün 1/8 final mərhələsində Türkiyə millisi Avstriyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Apasport.az xəbər verir ki, Hollandiyanın rəqibi olan "ay-ulduzlu"lar AVRO-2024-dən gəlirlərini artırıb.

Almaniyada keçirilən Avropa çempionatında 1/4 finala yüksələn türklər bu günə qədər turnir ərzində cəmi 16 milyon 250 min avro qazanıb.

Türkiyənin AVRO-2024-də qazandığı mükafatların bölgüsü belədir:

İştirak haqqı: 9,25 milyon avro
Qələbə: 3 milyon avro (hər qələbə üçün 1 milyon avro)
1/8 finalda iştirak hüququ: 1,5 milyon avro
1/4 finalda iştirak haqqı: 2,5 milyon avro

0