Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür etdi - VİDEO
27.06.2024 - 01:43
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür etdi - VİDEO

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.

Apasport.az xəbər verir ki, qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:

"Can Azərbaycandan uşaqlarımıza tam dəstək!

Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. 

Sağ ol can Azərbaycan, sağ ol Qarabağ aslanları... Biz həmişə birik!"

0