Türkiyə - Portuqaliya matçına alman hakim
20.06.2024 - 15:33
Türkiyə - Portuqaliya matçına alman hakim

Avro-2024-ün qrup mərhələsinin II turunda keçiriləcək Türkiyə - Portuqaliya oyunu üçün hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, matçı almaniyalı Feliks Zvayer idarə edəcək.

Ona həmyerliləri Stefamo Lupp və Marko Açmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə ispan Xesus Gil Manzano  yerinə yetirəcək. 

Qeyd edək ki, Türkiyə - Portuqaliya görüşü iyunun 22-i keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

1