UEFA Şotlandiya millisinin futbolçusunu cəzalandırdı
18.06.2024 - 12:18
UEFA Şotlandiya millisinin futbolçusunu cəzalandırdı

Şotlandiya millisinin futbolçusu Rayan Porteus diskvalifikasiya edilib. 

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

UEFA 25 yaşlı futbolçunun 2 oyunluq cəzalandığını açıqlayıb.

Şotlandiyalı futbolçu turnirin qrup mərhələsində qalan 2 matçda meydana çıxa bilməyəcək. 

Qeyd edək ki, Şotlandiyada Rayan Porteus ilk yarıda İlkay Gündoğana qarşı sərt çıxışından sonra qırmızı vərəqə alıb. 

0