Ukrayna geridönüş edərək vacib qələbə qazandı - YENİLƏNİB
21.06.2024 - 18:54
Ukrayna geridönüş edərək vacib qələbə qazandı - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçirilir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna yığmaları arasında baş tutub. Görüş Ukraynanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

AVRO-2024

21 iyun

II tur

E qrupu

17:00. Slovakiya - Ukrayna 1:2

Qollar: Şranz (17) - Şaparenko, 54. Yaremçuk, 80

Baş hakim: Maykl Oliver (İngiltərə).

Düsseldorf, "Esprit Arena".

0