Xorvatiya millisində itki
18.06.2024 - 16:23
Xorvatiya millisində itki

Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç Avropa çempionatının qalan hissəsini buraxacaq.

Apasport.az xəbər verir ki, futbolçu əzələ zədəsi səbəbindən AVRO-2024-ün növbəti oyunlarında komandasına kömək edə bilməyəcək.

"Torino"nun futbolçunun artıq yığmanın bazasını da tərk edəcəyi dəqiqləşib.

Qeyd edək ki, Xorvatiya Avropa çempionatının ilk oyununda İspaniyaya 0:3 hesabı ilə uduzub.

0