Zlatko Daliç: "Hər şey öz əlimizdədir"
19.06.2024 - 23:28
Zlatko Daliç: "Hər şey öz əlimizdədir"

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniya ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan danışıb.

Apasport.az xəbər verir ki, hazırda Xorvatiya yığması B qrupunda 1 xalla sonuncudur. Zlatko Daliç isə hələ də pley-offa adlamaq şanslarının olduğunu xatırladıb və sonadək mübarizə aparacaqlarını deyib: 

“İki fərqli hissədən ibarət çox çətin matç keçirdik. Böyük səylə önə keçdik, ikinci qolu vurduq, amma yenə də sonda qol buraxdıq. Ən əsası odur ki, biz hələ də mübarizənin içindəyik. Hər şey öz əlimizdədir. Albaniya ilə matçın ikinci hissəsi ümidvericidir. Başlanğıc dəhşətli olsa da, ikinci hissədə daha yaxşı görünürdük. Gəlin İtaliya ilə oyuna köklənək. Qələbə qrupdan çıxmağımıza kömək edə bilər”.

Xorvatiya millisi 1-ci turda İspaniyaya böyük hesabla uduzub - 0:3.  Son matçda komanda İtaliya ilə qarşılaşacaq. Oyun iyunun 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0