09:49 06-09-2021
news_image
433
FUTBOL

Heç kimin bacarmadığını etdi - görünməmiş bombardir

Emin Mahmudov Azərbaycanda görünməmiş məhsuldarlığa imza atıb.

Apasport.az saytının məlumatına görə, millinin yarımmüdafiəçisi bir seçmə mərhələnin ardıcıl 3 oyununda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Emin bu məhsuldarlığa DÇ-2022-nin seçmə oyunlarında imza atıb. O, Serbiya ilə ev, Lüksemburq (hər ikisi 1:2) və İrlandiya (1:1) ilə səfər matçlarında rəqib qapısına yol tapıb.

Mahmudova qədər yığmamızın heç bir oyunçusu eyni seçmə mərhələdə ardıcıl 3 qarşılaşmada qol sevinci yaşamayıb. 

Ümumilikdə isə yarımmüdafiəçi yığma tarixinə ardıcıl 3 seçmə oyunda qol vuran ikinci futbolçu kimi düşüb. Belə ki, Vaqif Cavadovun da aktivində belə uğurlu seriya var.

Lakin Emindən fərqli, Vaqif iki fərqli tsikldə fərqlənib. O, DÇ-2010-nun Lixtenşteynlə (2:0) səfər, Rusiya ilə (1:1) ev matçlarında rəqib qapısına yol tapıb. Cavadov AVRO-2012-nin startında Almaniya ilə (1:6) səfər görüşündə də rəqib qapısına yol tapıb.