"Meydanın mərkəzində edilən foullara görə, baş hakim mənə iki sarı vərəqə göstərdi. Özümü günahlandırsam da, belə sərt qərarı gözləməzdim".
Apasport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Robert Mak deyib.
AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya məğlub olan (1:3) slovaklar son oyunu noyabrın 19-da Azərbaycan millisinə qarşı keçirəcəklər. Dünənki görüşdə qırmızı vərəqə alaraq cəzalı duruma düşən Mak hələ də ümidini üzmür.
28 yaşlı hücumameyilli oyunçu komanda yoldaşlarının son matçda qələbə qazanacağına inandığını söyləyib: "Bizim üzərimizə düşən Azərbaycanla oyunda qələbə qazanmaqdır. Buna borcluyuq. Biz qalib gəlməli, yalnız bundan sonra digər matçın nəticəsinə fikir verməliyik. Başımızı dik tutmaq lazımdır. Hələ də final mərhələsi şansını tam itirməmişik. Futbolda hər an hər şey ola bilər. Mən oynamasam da, komandamın bunu bacaracağına inanıram".
Qeyd edək ki, Trnavadakı "Anton Malatinski" stadionunda keçiriləcək Slovakiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib