"Daha çox testlər, daha az antidopinq qaydaları pozuntusu olan il oldu".
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib.
O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, AMADA Azərbaycan idmançılarının beynəlxalq arenalarda qayda pozuntusu olmadan iştirakı üçün bütün gücü ilə çalışır: "2019-cu ildə AMADA 1350 dopinq testi götürüb. Onlardan 549-u yarış müddətində, 801-i yarışdan kənarda götürülüb. Milli Test Proqramı çərçivəsində testlərin sayı 2018-ci ildə 863, 2017-ci ildə isə 435 təşkil edib. 2019-cu ildə AMADA tərəfindən keçirilən testlərin sayı əvvəlki illə müqayisədə 56,4 faiz, 2017-ci illə müqayisədə 3,1 dəfə artıb".
Ş. Hüseynlinin sözlərinə görə, bu il 16 qayda pozuntusu aşkar edilib: "Araşdırmalar davam edir və tam dəqiq rəqəm növbəti ilin ilk aylarında məlum olacaq. Bu qayda pozuntularından 4-ü ağır atletikada, 4-ü boksda, 2-si karatedən, 2-si günəşdə, 1-i samboda, 1-i cüdoda və 1-i atletikada qeydə alınıb".
Qeyd edək ki, 2018-ci ildə 27, 2017-ci ildə isə 22 antidopinq dayda pozuntusu qeydə alınıb.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib