“Fasilədən sonra oyun istədiyimiz kimi getmirdi” – slovakiyalı futbolçu
20.11.2019 - 11:34
“Azərbaycan üzərində qələbə ilə irəli – final mərhələsinə yüksələ bilmədik. Amma bilirik ki, geriyə də düşmədik”.
Apasport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Robert Bojenik deyib.
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla görüşündə (2:0) hesabı açan futbolçu oyun haqda fikirlərini bölüşüb: “Biz final mərhələsinə vəsiqə üçün mübarizəni davam etdirəcəyik. Sevinirəm ki, tsikli qələbə ilə başa vurduq. İlk qol bizə kömək etdi. Fasilədən sonra oyun istədiyimiz kimi getmirdi. Lakin ikinci qolu vurmağa nail olduq”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0