“Formula-1”də komandaların sayı artırıla bilər.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, dünya çempionatının iştirakçılarının çoxu start xəttinə 24 bolidin çıxmasına razılıq verib.
Təşkilatçıların yarışa iki yeni komanda gətirməsi gözlənilir. Bu isə o deməkdir ki, yarışda 10 klubun 20 pilotu əvəzinə, 12 komandadan 24 sürücü iştirak edə bilər.
“Formula-1”in sahibi olan “Liberti Media” və Avtomobil İdmanı Federasiyası (FİA) koronavirus pandemiyası ilə bağlı böhran vaxtında həm qazanc əldə etmək, həm də özünü komanda sayının kəskin azalmasından sığortalayacaq. Hansısa iştirakçı komandanın yarışdan çıxması say azalmasına ciddi təsir etməyəcək. Digər tərəfdən isə yeni komandalara yerlərin 200 milyon avroya satılacağı gözlənilir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"