“Formula-1” üzrə İtaliya Qran-Prisində iki mərhələnin keçirilməsi planlaşdırılır.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Montsadakı yarışın təşkilatçıları ardıcıl iki həftə mərhələ qəbul etmək variantını nəzərdən keçirir.
İtaliyadakı ilk yarış sentyabrın 6-da baş tutmalıdır. İkinci mərhələ isə ayın 13-də təşkil oluna bilər.
Bir müddət əvvəl digər mənbənin açıqladığı təxmini təqvimə əsasən, İtaliya və Belçikada mərhələlərin ümumiyyətlə keçirilməyəcəyi iddia edilir.
Qeyd edək ki, iki mərhələ keçirilən şəhərlərdə yarışlardan biri ənənəvi, digəri əks istiqamətdə olmalıdır. Bu, pilotlar üçün fərqli mühit ab-havası yaratmağa xidmət edir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"