“Olimpiya Oyunlarına hazırlaşırıq. Hədəfim Tokio Olimpiadasıdır. Artıq həmin yarışa doğru son addımları atırıq”.
Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Türkiyə yığmasının şərəfini qoruyan dünya və Avropa çempionu gələcək planlarını açıqlayıb. O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqla ilk məqsədinə çatıb.
Quliyevin növbəti hədəfi isə Olimpiya çempionu olmaqdır: “Tokioda karyeramın zirvə yarışına qatılacam. Son dünya çempionatında sağlamlığımda problemlər olduğu üçün istədiyim nəticəni əldə edə bilmədim. İnşallah, Olimpiadada hər şey istədiyimiz kimi olacaq. Tokioda çox gözəl bir çıxış planlaşdırırıq. Yarışdan əvvəl bir neçə sınaq turnirlərinə qatılacam. Oyunlarda mübarizə aparacaq eyni atletlərlə qaçacağıq. Özümü yoxlayacam. Hədəfim təbii ki, qızıl medal olacaq. Ölkəmə Olimpidanın qızıl medalını gətirmək üçün əlimdən gələni edəcəm”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"