“Aleksandra Trusovaya baxanda dərhal bilinirdi ki, o, sadəcə maşındır. Tullanır və daim tullanır. Ona çox düzgün ləqəb seçiblər – rus raketi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.
Milliləşən legioner bu idman növündəki dünya ulduzları barədə fikirlərini açıqlayıb. Təmsilçimiz onlarla birlikdə hazırlıq keçdiyi dövrü xatırlayıb: “O, istənilən çətinlikli tullanışı problemsiz yerinə yetirir. Anna Şerbakova buz üzərində həmişə çox gözəl təsir bağışlayıb. Ona baxmaq xoş olub”.
Y.Ryabova Alina Zaqitovanın birdən parlamasına da münasibət bildirib. O, həmyerlisinin məşq zamanı öz hərəkətlərini gizlin-gizlin etməsini də vurğulayıb: “Alina Zaqitova mənim üçün bir kəşf idi. Mən onunla birlikdə buz üzərində sürüşəndə tez-tez öz tullanışlarını gizlədirdi. Bu, nonsensdir. Amma o, bir ildə o qədər artırdı ki, Olimpiadada qalib gəldi. Nəhəng iş görüldü”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"