“Oyunlar koronavirusla və ya onsuz keçiriləcək. Yarış gələn il iyulun 23-də başlayacaq”.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts deyib.
O bildirib ki, Yaponiyanın paytaxtı Tokioda baş tutmalı olan Yay Olimpiya Oyunları təxirə salınmayacaq. Koutsun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olmayaraq yarış baş tutacaq: “Öncədən bu Oyunların mövzusu Yaponiyanın 2011-ci ildəki sunamidən sonra bərpası olmalı idi. İndi yəqin ki, bu mövzu koronavirus üzərində qələbəyə, tunelin sonunda işığa həsr olunacaq. Təşkilatçıların əsas vəzifəsi yarışın keçirilməsi üçün lazım olan əks tədbirləri nəzərdən keçirməkdir. Bəzi ölkələrdə koronavirus nəzarət altında olacaq, bəzilərində isə yox. Oyunlara idmançılar bütün ölkələrdən gələcək. Olimpiadaya 206 yığma qatılmalıdır. Bir sözlə, təşkilatçılar qarşısında indi miqyaslı vəzifə qoyulub”.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"