“Tur de Frans” veloyürüşünün Danimarka mərhələlərinin Təşkilat Komitəsi 2021-ci ildə keçiriləcək yarışın start vaxtının dəyişdirilməsindən imtina edib.
Apasport.az saytının məlumatına görə, bunu ölkənin paytaxtı Kopenhagenin meri Frank Yensen açıqlayıb.
O bildirib ki, bu addım yarışın AVRO-2020-nin şəhərdə keçiriləcək oyunları ilə üst-üstə düşməməsi üçün atılıb.
Məsələ ondadır ki, nüfuzlu “Tur de Frans” yürüşü iyulun 2-də başlamalıdır. Bu, AVRO-2020-nin Kopenhagendəki görüşləri başa çatdıqdan sonraya təsadüf edəcək.
Yarışın belə başlaması isə onun Tokio-2020 Yay Olimpiya Oyunları ilə üst-üstə düşməsini qaçılmaz edir. “Tur de Frans”ın təşkilatçıları Olimpiadaya görə yürüşün bir həftə əvvəl başlamasını xahiş etməyi lazım bilib. Lakin Kopenhagen rəhbərliyi bununla razılaşmayıb.
Qeyd edək ki, “Tur de Frans” 1903-cü ildən keçirilir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"