Azərbaycan milli komandası Malayziyanı məğlub edib
19.03.2008 - 17:54
Bakı. Aqşin Əliyev-APA-Sport. Apreldə Bakıda keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli son yarışa hazırlaşan Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığması bu gün daha bir yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, milli komandamız Malayziyanı sınağa çəkib. Respublika Otüstü Hokkey Kompleksində keçirilən oyun yığmamızın qələbəsi ilə nəticələnib. Tahir Zamanın yetirmələri malayziyalı həmkarlarını iki dəfə məyus ediblər. Qollara İnna Cəfərova və koreyalı legioner Myonqson Məmmədova imza atıb. Bu gün kompleksdə baş tutan digər yoxlama matçında İtaliya ölkəmizin 21 yaşlılardan ibarət yığmasına qalib gəlib – 3:0. Malayzıyalılar bu gecə Bakını tərk edəcəklər. İtaliya yığması isə sabah saat 16:00-da milli komandamıza qarşı keçirəcəyi oyunun ardından paytaxtımıza səfərini yekunlaşdıracaq.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0