Naxçıvan şəhərində yeni şahmat məktəbi tikilir
19.03.2008 - 18:20
Naxçıvan. Samir Cabbarov-APA. Naxçıvan şəhərində yeni şahmat məktəbi tikilir. APA-nın Naxçıvan bürosunun məlumatına görə, tikintisi “Gəmiqaya” MMC tərəfindən həyata keçirilən yeni idman məktəbi 2 mərtəbə və zirzəmi qatından ibarət olacaq. Binada 200 və 100 yerlik iki yarış zalı, 6 sinif otağı və digər iş otaqları yerləşəcək. Məktəbin lazımi avadanlıq və kompüter dəstləri ilə təmin edilməsi nəzərdə tutulub. Yeni bina ölkə və beynəlxalq miqyaslı yarışların keçirilməsinə imkan verəcək.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0