Azərbaycan gimnastları sabah Dünya kubokunda mübarizəyə qoşulacaqlar
20.03.2008 - 12:11
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələ yarışına start veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yeniyetmələr və böyüklər arasında təşkil olunacaq turnirdə Azərbaycan gimnastları da çıxış edəcəklər. Belə ki, qadınların yarışında ölkəmizin idman şərəfini Aliyə Qarayeva və Anna Qurbanova qoruyacaq. Həmçinin qrup hərəkətləri üzrə milli komandamız da mübarizəyə qoşulacaq. Yeniyetmələr arasında isə Samirə Mustafayeva öz bacarığını nümayiş etdirəcək. Dünya Kubokuna martın 23-də yekun vurulacaq.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0