Şəkidə stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir
20.03.2008 - 13:09
Şəki. Hafiz Heydərov - APA. Şəkidə stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib. Rayon Gənclər və İdman İdarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər İdman və Sağlamlıq Mərkəzində təşkil olunmuş çempionat 3 gün davam edəcək. Çempionata respublikanın 9 rayonundan, eləcə də Bakı şəhərindən 7 komanda qoşulub. Yarışın yekununda qalib gələn idmançılar respublikanın yığma komandasının tərkibində iyul ayında İtaliyada keçiriləcək Avropa çempionatında iştirak etmək şansı qazanacaqlar.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0