Şəhriyar Məmmədyarov “Amber” turnirində Levon Aronyanla heç-heçə oynayıb
22.03.2008 - 15:00
“APA-Sport” agentliyinin məlumatına görə, 17-ci dəfə təşkil olunan yarışda Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarovla yanaşı, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan), Aleksandr Morozeviç (Rusiya), Vasili İvançuk (Ukrayna), Peter Leko (Macarıstan), Boris Qelfand (İsrail), Sergey Karyakin (Ukrayna), Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç) və Lyuk van Veli (Hollandiya) mübarizə aparır. Hesabat turunda L.Aronyanla qarşılaşan həmyerlimiz qələbə qazana bilməyib. Ş.Məmmədyarov həm gözübağlı, həm də rapid görüşü heç-heçə başa vurub. Hesabında 5 xal olan və 10-cu pillədə qərarlaşan şahmatçımız bu gün S.Karyakinlə qarşılaşacaq. Turnir cədvəlinə isə 7,5 xal toplayan L.Aronyan başçılıq edir.
Qeyd edək ki, martın 27-də başa çatacaq yarışın mükafat fondu 216000 avrodur.
Qeyd edək ki, martın 27-də başa çatacaq yarışın mükafat fondu 216000 avrodur.
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
0
0