İsrailin “Hapoel” klubuna qalib gələn Azərbaycan çempionu beynəlxalq turnirin bürünc medalını qazanıb
22.03.2008 - 13:04
Onun sözlərinə görə, məşhur idman şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda 4 komanda mübarizə aparıb. “NTD Servis Devon” ilk oyunda Tiflisin yığma komandasına 56:89 hesabı ilə məğlub olub. Üçüncülük uğrunda görüşdə isə basketbolçularımız İsrailin “Hapoel” klubuna 85:82 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb. Birinci yeri Ukraynanın “Burevestnik” klubunu 86:77 hesabı ilə məğlub edən Tiflis yığması tutub.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0