Azərbaycan milli komandası sabah Gürcüstanla qarşılaşacaq
26.03.2008 - 14:39
Bakı. Aqşin Əliyev-APA-Sport. 21 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə sabah yoldaşlıq görüşü çərçivəsində Gürcüstanla qüvvəsini sınayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək oyun saat 15:00-da başlanacaq. Baş məşqçi Hacıbala Abdullayev gürcüstanlılarla qarşılaşmada 14 futzalçının xidmətindən yararlanacaq. Tərəflər martın 28-də eyni saatda və eyni məkanda yenidən üz-üzə gələcəklər. Yoldaşlıq görüşləri keçirmək təşəbbüsünü AFFA rəhbərliyi irəli sürüb.
Qeyd edək ki, apreldə ilk dəfə Avropa çempionatının seçmə mərhələsində yarışacaq yığmamız 4-cü qrupda Hollandiya, İrlandiya və Andorra ilə qarşılaşacaq.
Qeyd edək ki, apreldə ilk dəfə Avropa çempionatının seçmə mərhələsində yarışacaq yığmamız 4-cü qrupda Hollandiya, İrlandiya və Andorra ilə qarşılaşacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0