Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası beynəlxalq “Prezident kuboku” reqatasında ikinci yeri tutub
28.03.2008 - 11:51
Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası beynəlxalq “Prezident kuboku” reqatasında ikinci yeri tutub
Mingəçevir. Elşən Məmmədov-APA-Sport. Mingəçevir şəhərində start götürən beynəlxalq "Prezident kuboku" reqatasında akademik qayıqlarda avarçəkmə yarışlarına yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, iki gün davam edən mübarizəyə Azərbaycan, Rusiya, Gürcüstan və İranın 18 və 23 yaş qrupuna daxil avarçəkənlərdən ibarət yığma komandalar qatılıblar. 2000 metr məsafəni qət etmək uğrunda yarışda akademik avarçəkənlərimiz müxtəlif kateqoriyalarda 2 qızıl, 6 gümüş, 5 bürünc medal qazanıblar. 18 yaşadək yığmamız isə 2 gümüş, 2 bürünc, 23 yaşlılarımız isə 2 qızıl, 4 gümüş, 3 bürünc medala sahib çıxıblar.

1 nəfərlik qayıqlar

U-18
II yer. Cavid Əfəndiyev - 8.43 dəq

U-23 (yüngül çəki)
I yer. Cavid Əfəndiyev - 7.51 dəq
II yer. Toğrul Qurbanzadə - 8.04 dəq
III yer. Kamal Məmmədov - 8.20 dəq

2 nəfərlik qayıqlar

U-18
III yer. Aleksandr Jdanov - Rəşid Mustafin - 7.41 dəq.

U-18 (təkavarlı)
II yer. Timur Kutseba - Aleksandr Qlotov - 8.00 dəq.
III yer. Kamran Yusubov - Fərman Əliyev - 8.12 dəq.

U-23 (təkavarlı)
II yer. Kamran Yusubov - Fərman Əliyev - 8.52 dəq.
III yer. Timur Kutseba - Aleksandr Qlotov - 9.33 dəq.

U-23 (ağır çəkidə)
II yer. Dostməmməd Dostməmmədov - Aqil Əhmədov - 7.08 dəq.

U-23 (yüngül çəkidə)
I yer. Fikrət Məmmədov - Kamal Məmmədov - 8.03 dəq.
II yer. Aleksandr Jdanov - Rəşid Mustafin - 8.10 dəq.
III yer. Cavid Əfəndiyev - Xəyal Zülfüqarov - 8.13 dəq.

Ümumi komanda hesabında Azərbaycanın 23 yaşadək yığma komandası II yerı tutub. Bu kateqoriyada Rusiya millisi I olub. 18 yaşadək yığmamız III yerlə kifayətlənib. I yerə isə Gürcüstan komandası layiq görülüb. Sabahdan mübarizəyə baydarka və kanoeçilər qoşulacaqlar. Qaliblər Azərbaycan, İran və Gürcüstan idmançıları arasında iki günlük mübarizə nəticəsində müəyyənləşəcək.
0