Avropa çempionatında iştirak edəcək Azərbaycanın sərbəst güləş yığmasını heyəti açıqlanıb
28.03.2008 - 14:51
Ankara. Elşən Məmmədov-APA-Sport. Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplantısında olan Azərbaycanın sərbəst güləş üzrə yığma komandası aprelin 1-də Finlandiyanın Tampere şəhərində start götürəcək Avropa çempionatına yollanacaq heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə Güləş Federasiyasında milli komandalar şöbəsinin rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, martın 30-a keçən gecə Tampereyə 7 sərbəst güləşçimiz yollanacaq. 60 kq çəki dərəcəsində bir neçə namizədi nəzərdən keçirən baş məşqçi Maqometxan Aratsilov qitə birinciliyinə Allahverdi Vəliyevi aparmaq qərarına gəlib. Digər altı çəki dərəcəsində isə Abil İbrahimov (55 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevə (120 kq) şans veriləcək. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə A. İbrahimov, E. Əzizov, N. Temrezov və Ə. İsayev döşək üzərinə çıxacaqlar. Aprelin 2-də isə A.Vəliyev, Ç. Çamsulvarayev və X. Qazyumov qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Pekin Olimpiadasına yalnız hər çəkidən bir güləşçiyə lisenziya veriləcək. Sərbəst güləşçilərimiz 6 çəkidə lisenziya uğrunda mübarizə aparacaqlar. İndiyədək yalnız 74 kq çəkidə Ç. Çamsulvarayev Pekinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Pekin Olimpiadasına yalnız hər çəkidən bir güləşçiyə lisenziya veriləcək. Sərbəst güləşçilərimiz 6 çəkidə lisenziya uğrunda mübarizə aparacaqlar. İndiyədək yalnız 74 kq çəkidə Ç. Çamsulvarayev Pekinə vəsiqəni təmin edib.
0
0